İspaniya Super Kubokununun yarımfinal matçında “Real” “Valensiya”ya qalib gəlib.
"Yeni Sabah" xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüş “Real”ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Madrid komandasından qolları Toni Kroos, İsko və Luka Modriç vurub. pizza mizza
"Valensiya"nın təsəlli qolunun müəllifi Dani Parejo olub.
Qeyd edək ki, “Real” finalda “Barselona” - “Atletiko” cütünün qalibi ilə görüşəcək.
Telegram kanalımız