“REAL və AXCP  birləşərsə, itirəcəyik” – Erkin Qədirli

saytların hazırlanması

Evə çatdırılma

“REAL və AXCP birləşərsə, itirəcəyik” – Erkin Qədirli

Siyasət

09 Aprel 2019 15:08 1257


“REAl-AXCP davası filan yoxdur. Son gedişatı belə görənlər yanılırlar. REAl-ın AXCP ilə böləsi, ya da bu iki partiyanın bir-birindən alası nəsə də yoxdur”.

“Yeni Sabah”ın məlumatına görə,  bunu Respublikaçı Alternativ Partiyasının Xarici Əlaqələr Katibi Erkin Qədirli deyib. O bildirib ki,  AXCP-nin bəlli bir elektoratı var:

“Bu elektorat heç zaman REAL-a səs verəsi deyil. REAL-ın elektoratı hələ tam aydın deyil, formalaşmayıb. Çünki REAL  bir partiya olaraq, seçkilərdə hələ iştirak etməyib. Gümanımız doğrudursa, REAL-ın elektoratı da AXCP-yə səs verəsi deyil. Bu iki partiyanın birləşməsindən AXCP heç nə udmayacaq, REAL isə ancaq itirəcək. Odur ki, burada söhbəti "dava", "qarşıdurma", "münaqişə" və s. anlayışların üzərində qurmaq doğru deyil. Problemin kökü daha dərindir, sistemdən qaynaqlansa da, qanacağa bağlıdır. REAL-ı satqınlıqda suçlamaq qanacaqsızlıdır”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!