İspaniyanın “Real Madrid” klubu heyətini gücləndirmək üçün oyunçu axtarışına başlayıb. “Kral klubu”nun əsas hədəfi bu il “Qızıl Top”un sahibi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodridir.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı ulduzun keçidi heç də asan olmayacaq. “Mançester Siti”nin 28 yaşlı oyun qurucu üçün yüksək məbləğdə bonservis tələb etdiyi bildirilir.
Qeyd edək ki, hazırda “Real Madrid”in hücum xətti olduqca yüksək səviyyədə olsa da, yarımmüdafiə və müdafiədə ciddi boşluqlar nəzərə çarpır. Luka Modriçin yaşının çox olması və digər yarımmüdafiəçilərin gözlənilən nəticələri verə bilməməsi İspaniya nəhəngi üçün ciddi qayğılar yaradır. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız