“Real“ın futbolçusu millimizlə oyunu buraxa bilər

saytların hazırlanması

Evə çatdırılma

“Real“ın futbolçusu millimizlə oyunu buraxa bilər

İdman

22 Fevral 2023 11:41 695


“Real”ın futbolçusu David Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilər. 

Yenisabah.az “Nachrichten” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununda (5:2) zədələnməsidir. 

Matçın 27-ci dəqiqəsində zədələnən Avstriya millisinin kapitanı oyunu davam etdirə bilməyib. Onun Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altındadır.  Marqarita pizza

Qeyd edək ki, Avstriya yığması martın 24-də evdə Azərbaycan millisi ilə, martın 27-də isə Estoniya ilə qarşılaşacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!