“Real”ın futbolçusu Qətər klubuna keçir 

saytların hazırlanması

Evə çatdırılma

“Real”ın futbolçusu Qətər klubuna keçir 

İdman

28 İyun 2024 17:31 714


"Real"ın hücumçusu Xoselu Qətərin “Əl-Qarafa” klubuna keçir. 

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Bu transfer üçün klubların bütün sənədləri imzaladığı bildirilib. "Real"  "Espanyol"dan icarəyə götürdüyü futbolçunun birdəfəlik transferi üçün 1.5 milyon avro ödəyib və daha sonra onun Qətər klubuna keçidi reallaşıb. Xoselu "Əl-Qarafa" ilə 2 illik müqavilə imzalayacaq.  pizza sifarişi

Qeyd edək ki, ötən mövsüm Xoselu "Real"ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!