“Real“ın 12 yaşlı futbolçu transfer etməsi qalmaqala səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

“Real“ın 12 yaşlı futbolçu transfer etməsi qalmaqala səbəb oldu

İdman

13 Sentyabr 2021 09:39 908


"Selta"nın prezidenti Viqo Karlos  Murinyo komandasının "Real"a qarşı səfər matçını izləməkdən imtina edib.

Yenisabah.az xəbər verir ki, buna Madrid təmsilçisinin 12 yaşlı futbolçunu transfer etməsi səbəb olub. Mənbə bildirib ki, Murinyo fəxri qonaq qismində dünənki görüşü yenilənmiş "Santyaqo Barnabeu" stadionundan izləməli idi. Amma o, etiraz olaraq oyuna getməyib. 

Bugünlərdə "Real" yeniyetmələr arasında yarışın ən yaxşı futbolçusu olmuş 12 yaşlı Brayan Buqarini transfer edib. Murinyo isə buna görə "Real"ın prezidenti Florentino Peresi yeniyetmə oyunçuların ticarətində günahlandırıb. O, bu səbəbdən "Real"ın iştirakı ilə keçirilən bütün görüşləri boykot edib. Dominos pizza

Qeyd edək ki, La Liqanın 4-cü turunun "Real" - "Selta" görüşündə meydan sahibləri 5:2 hesabı ilə qalib gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!