Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı

saytların hazırlanması

Evə çatdırılma

Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı

Mədəniyyət

16 Mart 2025 18:59 735


Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil ağır olaraq qalır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Teleqraf"a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.

"Hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Saturasiyası və təzyiqi normaldır. Amma komadan ayılmayıb. Süni tənəffüs apartına qoşulub, vəziyyəti ağırdır. Həkimlər də komadan ayılmadığına görə, hələ heç bir fikir bildirə bilmirlər", - deyə aktyorun həyat yoldaşı deyib. Dominos pizza

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!