Rəcəbov finalda: Azərbaycan-Ermənistan dueli

saytların hazırlanması

Evə çatdırılma

Rəcəbov finalda: Azərbaycan-Ermənistan dueli

İdman

01 Yanvar 2021 21:30 1076


Blits şahmat üzrə “Airthings Masters” turnirində yarımfinal mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün mərhələnin ikinci oyunları keçirilib. Xatırladaq ki, turnir onlayn formada keçirilir.

Ötən gün ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Teymur Rəcəbov bugünkü qarşılaşmada da qələbəyə sevinib. Toyuqlu pizza

Dörd partiyadan ibarət olan matçın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından son iki oyuna ehtiyac qalmayıb.

Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.

Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Qeyd edək ki, turnir yanvarın 3-də yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!