Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

İdman

30 May 2021 23:12 1521


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək. pizza hut

Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

30 may

3-cü yer uğrunda, ilk görüşlər

Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!