Rəcəbov və Məmmədyarov Çempionlar Turundan kənarda qaldı

saytların hazırlanması

Evə çatdırılma

Rəcəbov və Məmmədyarov Çempionlar Turundan kənarda qaldı

İdman

17 İyun 2021 14:04 916


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VII mərhələsində Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov iştirak etməyəcək.

Yenisabah.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, "Goldmoney Asian Rapid" adlanan turnirdə ancaq Asiya təmsilçiləri mübarizə aparacaq. Kənar qitədən yalnız yarışın təşkilatçısı Maqnus Karlsen iştirak edəcək.

Çempionlar Turunda ilk dəfə qadın iştirakçı da olacaq. FIDE reytinqində 2658 xalla ilk sırada yer alan Hou İfan kişi qrossmeysterlərlə yarışacaq. pizza mizza

Mükafat fondu 100 000 ABŞ dolları olan "Goldmoney Asian Rapid" iyunun 26-da başlayacaq, turnirə iyulun 4-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!