Prezidentliyə namizədliyini açıqlamış iranlı siyasətçi, parlament sədrinin keçmiş müavini Əli Mütəhhəri sensasiyalı açıqlamaları ilə gündəmə gəlib.
Yenisabah.az “Khabaronline”-a istinadla xəbər verir ki, populyar “Clubhouse” virtual platformasında sualları cavablandıran Mütəhhəri, xüsusilə, qadın azadlıqları məsələsinə toxunub.
“Hicabı bir seçim olaraq görmürəm və içindəki azadlığa inanmıram. Yarıçılpaq olmağı insan azadlığı saymıram və bunu heyvani instinkt hesab edirəm. Amma ölkədə referendum keçirilsə, insanların əksəriyyəti hicabın lehinə səs verməyəcək”, – deyə o, qeyd edib. Pepperoni pizza
Əli Mütəhhərinin fikrincə, çoxarvadlılıq müdrik əməldir. “Çünki qadınlar evliliyə kişilərdən daha çox meyllidirlər”.
Xatırladaq ki, İranda çoxarvadlılığa rəsmən icazə verilsə də, son illərdə təkarvadlılıq geniş təbliğ olunur. Hətta Ayətullah Xamnəi evlilik üçün “bir qadın-bir ailə” düsturunu təbliğ edir.
Telegram kanalımız