Regionlarda əkin-bərpa işləri davam etdirilir -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Regionlarda əkin-bərpa işləri davam etdirilir - Fotolar

Hadisə

08 Dekabr 2020 15:59 1211


Payız ağac əkini mövsümü başlayandan bu günədək respublikanın meşə fondu torpaqlarının 362 hektarında  470 mindən çox meşəcinsli ağac əkilib, palıd, ağcaqayın, fısdıq və digər meşəcinsli ağac toxumları səpilib.

Meşələrin inkişafı xidmətinin rəsmisi Mehman Səfərov Yenisabah.az-a bildirib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə Meşələrin inkişafı xidməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir.

“Bu payız əkin planına uyğun olaraq 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq planın 70 faizdən çox hissəsi yerinə yetirilib. Eyni zamanda, işğaldan azad olunmuş Füzuli, Zəngilan, Ağdam və Qubadlı ərazisində də paralel olaraq əkin-bərpa işləri həyata keçirilir. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”.  pizza

M.Səfərov əkin-bərpa işlərində yaxından iştirak edən yerli icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!