"İslam Respublikası regionun geosiyasətində dəyişikliklərə səbəb olan hər hansı bir hərəkətin əleyhinədir".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli ŞƏmxani bildirib.
Bu gün İrəvana işgüzar səfər etmiş Şəmxani jurnalistlərə açıqlamasında deyib: "13-cü hökumət (İbrahim Rəisi administrasiyası - red.) qonşu dövlətlərlə və regionla münasibətlərdə əlaqələrdə genişləndirilmə və dərinləşdirilmə üzrə prinsipial siyasət yürüdür. Marqarita pizza
O, regiondaxili əməkdaşlıq yolu ilə regionda sülh və sabitliyin bərqərar olması səylərini vurğulayıb: “3+3 formatını dəstəkləyirik".
Şəmxani ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan Respublikası arasında aparılan danışıqlar hər iki ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində davamlı sülhə gətirib çıxaracaq.
Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: "İslam Respublikası regionun geosiyasətində dəyişikliklərə səbəb olan hər hansı bir hərəkətin əleyhinədir".
Telegram kanalımız