Monitorinq Mərkəzi regionun sabitliyi üçün böyük perspektivlər açır - Hərbi ekspert
"Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sülhməramlıların fəaliyyətinin nizamlanması və onların funksiyalarının daha effektiv şəkildə yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir".
Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Toyuqlu pizza
Onun sözlərinə görə, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
Ə.Verdiyev qeyd edib ki, Qarabağ ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə birbaşa nəzarət edəcək Monitorinq Mərkəzinin özü də qərargah tərəfindən idarə ediləcək:
"Həmin qərargaha Rusiya və Türkiyə tərəfindən eyni sayda hərbçi qatılacaq. Mərkəz Rusiya və Türkiyə hərbçilərinin regiondakı gələcək əməkdaşlığı üçün müəyyən imkanlar yarada bilər. Ümumilikdə isə Monitorinq Mərkəzindən gözləntilər çoxdur və sözügedən ölkələrin Azərbaycan ərazisində yaradılan hərbi mərkəzdə birgə fəaliyyət göstərməsi regionun gələcək inkişafı, sabitliyi üçün də böyük perspektivlər açır. Çünki həm Rusiya, həm Azərbaycan və Türkiyənin, həm də Ermənistanla yanaşı, İran və Gürcüstanın birgə əməkdaşlıqla inkişafı məhz regionda sabitliyin və sülhün bərqərar olmasından keçir”. (Trend)
Telegram kanalımız