Regionun iqtisadi inkişafı davamlı sülhün qorunmasından keçir -   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

Regionun iqtisadi inkişafı davamlı sülhün qorunmasından keçir - ŞƏRH

İqtisadiyyat

04 Mart 2021 12:24 675


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi son mətbuat konfransında qeyd edilən məsələlərdən biri də üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırması oldu. Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrir”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir:

“Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq. Pepperoni pizza

Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Bütövlükdə, ekonometrik qiymətləndirmələr də göstərir ki, regionun iqtisadi inkişafı davamlı sülhün qorunmasından keçir. İnanaq ki, daha qısa zamanda bütün region ölkələri bu reallığı tam qəbul edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!