"Dəfələrlə bəyan etdiyimiz kimi, biz regionun sərhədlərində dəyişikliklərə dözməyəcəyik".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran ordusu Baş Qərargahının rəisi Məhəməd Baqiri bildirib.
"Azərbaycan və Ermənistana problemlərini dinc və dialoq yolu ilə həll etməyi tövsiyə edirik", - deyə general-mayor Baqiri əlavə edib. pizza mizza
O vurğulayıb: "Biz münaqişəyə, müharibəyə əl atmırıq və bunun qarşısında susmuruq".
Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: "Hərbi gücümüz yalnız müdafiə üçündür və bu gün Allaha şükürlər olsun ki, hava, quru, dəniz və kosmosda təmsil olunur. İslam Respublikasının ordusu çəkindirici qüvvədir".
Telegram kanalımız