Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən AÇIQLAMA

Sosial

07 Dekabr 2019 17:27 1743


“Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır”.

Bu barədə Xəzər TV MMC-dən "Yeni Sabah"a daxil olan açıqlamada bildirilir.

Açıqlamada qeyd edilib ki, bəzi saytlar xüsusi canfəşanlıqla guya Xəzər TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar: “Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını iddia edirlər. Amma Xəzər TV-nin mövqeyini öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir. Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV, əvvəllər olduğu kimi, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq, normal iş qrafikində fəaliyyətini davam etdirir”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!