Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

Siyasət

04 Sentyabr 2020 17:22 1277


Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanova keçmiş Müdafiə naziri Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edib.

Yenisabah.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki,  ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edilib.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən Rəhim Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinir. Səbail Rayon Məhkəməsinin qərarı ilə  onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Dominos pizza

DTX-nın yaydığı məlumatda bildirilirdi ki, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!