Rəhim Qazıyevi kimin döydüyü bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Rəhim Qazıyevi kimin döydüyü bəlli oldu

Siyasət

13 İyun 2020 13:20 1409


Sabiq Müdafiə naziri Rəhim Qazıyevin başından zərbə vuran şəxsin qızının əri olduğu məlum olub.

Yenisabah.az-ın məlumatına görə, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Rəhim Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlanılıb:

"Keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır. Əlavə məlumat veriləcək". Sezar pizza

Xatırladaq ki, Rəhim Qazıyev cari ilin fevralında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. Həmin vaxt səslənən iddiaya əsasən, Qazıyevin qızı Şəbnəm boşanma qərarı verəndən sonra R.Əzizov ailə üzvlərini narahat etməyə başlayıb. O, daha əvvəl R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib, eyni zamanda Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!