Rəhim Rəhimli işdən çıxarıldı, yerinə təyinat oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rəhim Rəhimli işdən çıxarıldı, yerinə təyinat oldu - Foto

Şou

04 Yanvar 2020 08:45 1632


“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.

"Yeni Sabah" xəbər verir ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.

H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb. Dördpendirli pizza

Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.

Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!