Rəhman Məmmədov vəzifədən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Rəhman Məmmədov vəzifədən azad edildi

Rəsmi

22 İyun 2024 16:26 6762


Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

"Qaynarinfo"nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb. Dördpendirli pizza

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Elmin Ağamusa oğlu Həsənova həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!