Rəhman Rəhmanov iki həyat yoldaşı ilə bir evdə qalır?

saytların hazırlanması

Evə çatdırılma

Rəhman Rəhmanov iki həyat yoldaşı ilə bir evdə qalır?

Şou

20 May 2022 08:55 2628


Əməkdar artist Rəhman Rəhmanov iki həyat yoldaşı olması söhbətlərinə münasibət bildirib.

"Səni axtarıram" verilişində qonaq olan aktyora aparıcı Xoşqədəm Hidayətqızı "Deyirlər ki, hər iki həyat yoldaşınız sizinlə bir evdə qalır" sualını ünvanlayıb.

"Deyirlər ki, iki arvadım var. Yalan sözdür, yayırlar. Bu şayiədir. Mənim bir həyat yoldaşım var" deyən R.Rəhmanov bunlarə əlavə edib: Pepperoni pizza

"Yalandır. Birinci həyat yoldaşımdan rəsmi şəkildə boşanıb, ikinci dəfə ailə həyatı qurmuşam".

X. Hidayətqızı R.Rəhmanova yaxınlaşaraq, telefonda hər iki həyat yoldaşının birgə çəkilən fotosunu göstərərək, aktyora yalan danışdığını söyləyib.

R.Rəhmanov isə buna etiraz edərək "Burada mehribançılıqdan söhbət gedir. O mehribançılığı hər kişi bacarmaz. Ailə əgər boşanırsa, balaların ürəyini sındırmaq olmaz" sözlərini söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!