Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

saytların hazırlanması

Evə çatdırılma

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Siyasət

24 May 2025 15:32 2767


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib.

Yenisabah.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, FHN-in Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Toyuqlu pizza

Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-in Tibb Mərkəzinin rəisi təyin edilmişdi.

Xatırladaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!