Rəisi: “Ermənistanla sərhədlər qorunub saxlanılmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Rəisi: “Ermənistanla sərhədlər qorunub saxlanılmalıdır“

Rəsmi

12 Avqust 2022 09:25 1080


"Prezident İbrahim Rəisi İran İslam Respublikası və Ermənistan Respublikasının sərhədlərinin nəyin bahasına olursa-olsun qorunub saxlanacağını vurğulayıb".​​

​​​​​Yenisabah.az xəbər verir ki, bunu İran Prezident Dəftərxanası (Aparatının) rəhbərinin siyasi işlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib.

O, "Twitter" hesabında İran və Ermənistan liderləri arasında son telefon danışığından söz açıb: Marqarita pizza

“Ermənistanın baş naziri Nikol Paşinyan İbrahim Rəisi ilə telefon danışığında Azərbaycan və Ermənistan arasında son münaqişə ilə bağlı ətraflı məlumat verib. Prezident 2020-ci ilin noyabrında atəşkəs haqqında bəyanatın tam icrasının Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyə nail olmağın yeganə yolu olduğunu vurğulayıb və onu imzalayanları öhdəliklərini yerinə yetirməyə dəvət edib.

O, bölgənin qədim tarixini xatırladaraq, İran İslam Respublikası ilə Ermənistan Respublikasının sərhədlərinin nəyin bahasına olursa-olsun qorunub saxlanacağını vurğulayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!