Rəisi hiddətləndi: “Bu terror cavabsız qalmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Rəisi hiddətləndi: “Bu terror cavabsız qalmayacaq“

Rəsmi

27 Oktyabr 2022 07:43 1130


İran prezidenti İbrahim Rəisi Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına hücum zamanı həlak olanların ailəsinə başsağlığı verib və vurğulayıb ki, "bu terror cavabsız qalmayacaq".

Yenisabah.az xəbər verir ki, İran prezidentinin Teleqram kanalında dərc olunan bəyanatda deyilir:

"Terror aktı nəticəsində ziyarətgahın bir qrup zəvvarının həlak olması ilə əlaqədar olanların ailələrinə və bütün İran xalqına başsağlığı verirəm. Bu terror mütləq cavabsız qalmayacaq. Təhlükəsizlik orqanları hücumun liderlərinə sarsıdıcı və ibrətamiz cavab verəcəklər”. pizza hut

Qeyd edək ki, İran KİV-ləri ölkənin cənubunda yerləşən Şiraz şəhərində 3 naməlum şəxsin Şahçerağ ziyarətgahına atəş açması barədə məlumat yayıb. Terror aktı nəticəsində 45 nəfərin öldüyü bildirilir.

Son məlumatlara görə, İranda dini ziyarətgaha hücuma gorə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!