Ermənistanın Baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nikol Paşinyan bu yaxınlarda Brüsseldə keçirilən görüşlə bağlı təəssüratlarını və məlumatlarını prezident Rəisiyə təqdim edib. pizza mizza
"Həmsöhbətlər xüsusilə regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinin başlanması, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İkitərəfli gündəlikdə duran məsələlər də müzakirə olunub. Ermənistan-İran üçüncü elektrik ötürücü xəttinin və Şimal-Cənub magistralının tikintisi ilə bağlı enerji məsələlərinə xüsusi diqqət yetirilib. Həmsöhbətlər qarşılıqlı dəvətləri təsdiqləyib və hər iki ölkənin paytaxtlarına rəsmi səfərlər barədə razılığa gəliblər", - deyə məlumatda vurğöulanır.
Telegram kanalımız