Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Video

Hadisə

20 May 2024 19:09 1920


"Hava nəqliyyatlarında yaş məsələsi düşündüyümüz qədər vacib məsələ deyil. Texniki məsələlərə riayət olunduğu təqdirdə, illər o qədər də önəmli deyil. Bu hadisədə də faciənin əsas səbəbi düşünürəm ki, əlverişsiz hava şəraitidir".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Haber Global"a açıqlamasında türkiyəli mütəxəssis, mühəndis pilot Ahmet İzgi bildirib.

O, helikopterin raketlə vurulması versiyasını istisna edib: Toyuqlu pizza

"Helikopterin bütün hissələri qəza yerində çox dar bir ərazidə mövcuddur. Əgər bu helikopter hər hansı bir raketlə havada partlasaydı, qalıqlar bir neçə yüz metr diametrə səpələnmiş olardı", - deyə o izah edib.

Mütəxəssis təyyarənin izinin onun yamacda sürtündüyünü göstərdiyini vurğulayıb.

Ahmet İzgi qeyd edib ki, helikopter uçuş zamanı qəfildən sisə düşüb, pilot oriyentasiyanı itirib, nəticədə pərlər ağaca çırpılıb və qəza baş verib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!