Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı - RƏSMİ

Dünya

18 Yanvar 2025 16:33 406


"İranın keçmiş prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı heç bir fərziyyə sübut olunmayıb".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya Mərkəzi bəyanat yayıb.

Bildirilir ki, İbrahim Rəisinin və onu müşayiət edən hökumət rəsmilərinin həlak olmasının səbəbi ilə bağlı hər hansı şübhənin ortaya atılması qəbuledilməzdir. Marqarita pizza

"Məsuliyyətsiz şərhlər məlumatsızlıqdan, ya da konkret məqsəd və qərəzdən irəli gəlir. Helikopterin qəzaya uğramasına səbəb sırf bölgədə mürəkkəb hava və coğrafi şərait olub. Fərziyyələrin heç biri, o cümlədən texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış, elektron müharibə və s. versiyalar sübuta yetirilməyib", - deyə İran SQ-nin Baş Qərargahından vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!