Rejissor Fuad Hacıyev vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Rejissor Fuad Hacıyev vəfat etdi

Mədəniyyət

31 İyul 2023 18:16 4192


Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.

Yenisabah.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında paylaşım edib.

“Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Başda müəlliməm Zəminə Hacıyeva olmaqla bütün sevənlərinə başsağlığı verirəm. Məkanınız cənnət olsun. Həm Azərbaycanda, həm də Türkiyədə yetişdirdiyiniz tələbələriniz sizi heç vaxt unutmayacaq”. Dominos pizza

Qeyd edək ki, F.Hacıyev Xalq artisti Rauf Hacıyevin oğludur. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə də bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!