Reketlik edən  jurnalistlər SAXLANILDI:   Vəzifəli şəxsdən...

saytların hazırlanması

Evə çatdırılma

Reketlik edən jurnalistlər SAXLANILDI: Vəzifəli şəxsdən...

Hadisə

28 May 2021 12:37 968


Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri hədə-qorxu gələrək pul tələbi ilə bağlı rayon prokurorluğuna ərizə ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, müraciətdə həmin gün saat 15 radələrində kənd ərazisində televiziya əməkdaşları olduğunu bildirən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etdiklərini qeyd edilib.

Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları birgə əməliyyat keçiriblər. Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən "Fakt araşdırma" internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, "AZTV news" xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və "Araşdırmaçı" agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb. Pepperoni pizza

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!