Reklama aldandı, borc batağına düşdü – Az qala evini itirirdi

saytların hazırlanması

Evə çatdırılma

Reklama aldandı, borc batağına düşdü – Az qala evini itirirdi

Maraqlı

23 May 2024 16:26 1657


İstanbulda yaşayan bir qadın sosial mediada investisiya yalanına aldanıb və az pulla daha çox qazanmağa çalışarkən hər şeyini itirib. Bu da azmış kimi, o, kredit də götürüb və xeyli borca düşüb.

Yenisabah.az xəbər verir ki, zəngin olmaq arzusunda olan qadın bir həftədə 130 min TL itirəndən sonra tələyə düşdüyünü anlayıb.

Sosial şəbəkələrdə diqqətini cəlb edən elana klikləmiş qadın “Səhm al, pulunu çoxalt” vədinə aldanıb. O, düşünmədən sözügedən elandakı telefon nömrəsinə zəng edib. Pepperoni pizza

“Show Haber”ə danışan qadın dövlətin zamin olduğuna inanıb. Fırıldaqçılar hər zəngə mütləq cavab verməsi və dediklərini yerinə yetirməsini istəyiblər. Hətta göstərişlərə əməl etmədiyi təqdirdə cərimə ödəyəcəyini də iddia ediblər:

"Sonra hesabımın şübhəli olduğunu bildirdilər. Dedilər ki, 5 min dollar ödəməsən, həbs olunacaqsan. Hətta mənə evimi satmağı da tövsiyə etdilər”. 

Varlanmaq arzusunda olan qadın borc batalığına düşdükdən sonra polisə müraciət edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!