Rekord qıran Azərbaycan idmançısı çempion oldu

saytların hazırlanması

Evə çatdırılma

Rekord qıran Azərbaycan idmançısı çempion oldu

İdman

10 İyul 2023 21:59 1121


Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatının qalibi olub.

Oxu.Az-ın məlumatına görə, sprinter 100 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb.

L.Vəliyeva məsafəni 11,99 saniyəyə qət edərək qızıl medal qazanıb. pizza mizza

Bununla o, həm də Yay Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.

L.Vəliyeva, həmçinin, 400 metr məsafədə özünü sınayacaq.

Xatırladaq ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə isə qızıl medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!