Rektor islahatlara start verdi

saytların hazırlanması

Evə çatdırılma

Rektor islahatlara start verdi

Sosial

04 Oktyabr 2019 10:34 1380


Azərbaycan Texniki  Universitetinin Elmi Şurasının bu günlərdə keçirilən iclasında AzTU-nun rektoru, professor Vilayət Vəliyev  Texniki Universitetin yüksək texnologiyalar dövrünün çağırışlarına  uyğun strateji inkişaf prioritetlərini açıqlayıb. 

ATU-dan “Yeni Sabah”a daxil olan xəbərə görə, Elmi Şurada universitetdə aparılan elmi-tədqiqat işlərinin  ölkə iqtisadiyyatının əsas inkişaf  prioritetlərinə  uyğun altı istiqaməti   müəyyən edilib və bu fonda fakültələrin yenidən təşkilinə qərar verilib. Bununla bağlı yeni dekan seçkiləri olacaq.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov bildirib ki, professor Vilayət Vəliyev faktiki olaraq AzTU-da islahatlara, ciddi struktur dəyişikliklərinə start verib. Onun sözlərinə görə, yeni rektor son iki ayda universitetin fəaliyyəti, potensialının açilması və inkişafı üçün köklü islahatlara zəmin yaradan ciddi addımlar atmağa başlayıb. Universitetin yeni inkişaf konsepsiyası hazırlanır. Gələn il 70 illiyini qeyd edəcək AzTU tarixi ənənələri olan ali təhsil ocağıdır, rektor onun imicinin formalaşmasına xələl gətirən bütün xoşagəlməz hallara qarşı qətiyyətlə mübarizə aparır. pizza sifarişi

Q.Bayramov qeyd edib ki, professor V.Vəliyevin hədəfi AzTU-nun beynəlxalq reytinqini yüksəltmək  və regionda aparıcı universitetə çevirməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!