İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbə gənclərə növbəti tövsiyələrini verib.
“Yeni Sabah” rektorun tələbələrə daha 10 tövsiyəsini təqdim edir:
“Dəyərli tələbələr və gənclər növbəti tövsiyələrimi sizlərlə bölüşürəm: pizza mizza
1. Tanrıya şükr edin. Şükr etdikcə nemətlər artır.
2. Sizə edilən yaxşılıqları heç zaman unutmayın.
3. Əlinizdəki imkan və fürsətləri düzgün dəyərləndirin.
4. Zamanınızın boşa getməsinə imkan verməyin.
5. Daha çox oxuyun, daha çox öyrənin.
6. Gəncliyinizin dəyərini bilin.
7. Kobudluq və aqressivlikdən uzaq olun.
8. Sağlamlığınızın dəyərini bilin.
9. İsrafçılıqdan uzaq olun.
10. Gülərüz və yardımsevər olun”.
Telegram kanalımız