Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti çayda tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti çayda tapıldı

Kriminal

09 İyul 2021 21:45 1577


İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Lerik rayon prokurorluğundan məlumat verilib.

Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmişdir. Sezar pizza

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!