Relsdən çıxan metro qatarını heykəl xilas etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Relsdən çıxan metro qatarını heykəl xilas etdi - Video

Dünya

03 Noyabr 2020 07:13 1297


Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas olub.

Bu barədə “Sputnik” xəbər yayıb. Bildirilir ki, hadisə Rotterdamın Speykeniss şəhərində “De Akkers” terminal stansiyasında baş verib: maşinist idarəetməni itirib, nəticədə qatar stansiyanın hasarını aşaraq, onun ərazisindən çıxıb.

Ancaq balina quyruğu şəklində heykələ ilişən qatar kanaldan on metr məsafədə havada qalıb. Qatarda sərnişin olmayıb. Sürücünün özü fövqəladə hadisə nəticəsində xəsarət almayıb. pizza

O da vurğulanır ki, heykəltəraş Martin Streysin “Balina Quyruğu” əsəri 2002-ci ildə hazırlanıb. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!