Rəmişin vəfatından 4 il ötür

saytların hazırlanması

Evə çatdırılma

Rəmişin vəfatından 4 il ötür

Mədəniyyət

05 Aprel 2025 12:34 946


Bu gün Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) anım günüdür. Onun vəfatından 4 il ötür

Rafiq Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində doğulub.

Pepperoni pizza

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub.

O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

 

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. 

Sənətçi iki dəfə ailə qurub. Onun ilk evliliyindən iki qız övladı var. Musiqiçi birinci həyat yoldaşından 1974-cü ildə boşanıb. 4 il sonra 1978-ci ildə Gülü (Gülşən Hüseynova) ilə ailə qurub. Ömrünün sonuna qədər də onunla birgə yaşayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!