Rəmişin xanımı:   “Canlı meyitəm“

saytların hazırlanması

Evə çatdırılma

Rəmişin xanımı: “Canlı meyitəm“

Şou

02 İyun 2021 18:05 1987


"Rəmişsiz ölü kimiyəm. Onsuz yaşamaq çox çətindir”.

Yenisabah.az xəbər verir ki, bunu Azvision.az -a mərhum gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Hüseynova həyat yoldaşının xatirəsindən danışarkən deyib. O, Rəmişin yoxluğuna dözə bilmədiyini söyləyib:

"Rəmişin yaşamadığı dünyada Gülü necə olar? Onsuz ayaq üstə gəzən canlı meyitəm. Yaşayan cismimdir. Hələ də özümə gələ bilməmişəm. Buna görə də yoldaşımla bağlı çəkilişlərə, müsahibələrə razılıq verə bilmirəm. Rəmiş haqda keçmiş zamanda danışmaq mənə əzaba bərabərdir". Dominos pizza

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti aprelin 5-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!