“Renn” “Əl-Nəsr”in futbolçusu Seko Fofananın transferini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Fransa klubu bunun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Fofana Səudiyyə Ərəbistan liqasının tarixində xaricə satılan edilən və ən yüksək transfer qiyməti olan futbolçu olub. Dominos pizza
Bu mövsüm o, "Əl-Nəsr"in heyətində 15 oyuna çıxıb. Fofana karyerası ərzində "Fulhem", "Lans" və "Udineze" kimi komandalarda çıxış edib.
Telegram kanalımız