Reperdən Şəhriyara cavab: “Siz dalaşın, mən gedim, yeməyimi yeyim”

saytların hazırlanması

Evə çatdırılma

Reperdən Şəhriyara cavab: “Siz dalaşın, mən gedim, yeməyimi yeyim”

Şou

22 May 2024 12:09 564


Reper Orxan Zeynallı qrosmeyster Şəhriyar Məmmədyarovun qadınlarla bağlı fikirlərinə səssiz qalmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qadınlarla kişilərin haqları eyni olmalıdır: Dördpendirli pizza

“Müasir dövrün ən böyük müharibəsi kişilərlə qadınlar arasında gedir. Düşünürəm ki, baş vermiş heç bir müharibə bəşəriyyətə bu qədər ziyan vurmayıb. Bu savaş media, televiziya, şou-biznes və s. vasitəsilə mütəmadi alovlandırılır və evlərimizin içində partlayır. İstənilən cəmiyyətin ən əsas fundamenti olan ailə məfhumunun da bir nömrəli düşmənidir.

Tarix boyu heç vaxt kişilər qadınlarsız, qadınlar da kişilərsiz yaşaya bilməyib. Hər ikisinin də xoşbəxtlik və azadlıq haqqı eyni olmalıdır. Əslində bu qədər sadədir, amma siz dalaşmağa davam edin, mən gedim, yeməyimi yeyim”.

Xatırladaq ki, Ş. Məmmədyarov  “Persona” verilişində qadınların  hər sahədə kişilərdən zəif olduğunu iddia edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!