Reperin yazdığı mahnı Aygün Kazımovanı biabır etdi -   QALMAQAL

saytların hazırlanması

Evə çatdırılma

Reperin yazdığı mahnı Aygün Kazımovanı biabır etdi - QALMAQAL

Şou

13 Yanvar 2025 17:35 1706


Xalq artisti Aygün Kazımovanın yeni mahnısı "CAN OL" sosial mediada və ictimaiyyət arasında geniş müzakirələrə yol açıb. Xüsusilə mahnının sözlərindəki "yay çıxıbdır oxdan" ifadəsi dinləyicilər arasında fikir ayrılıqları yaradıb.

Yenisabah.az xəbər verir ki, mahnının sözləri və musiqisi tanınmış reper Zamiq Əliyevə (YAP10) aiddir. Sözlərin qeyri-adi ifadə forması – oxun yaydan çıxması əvəzinə, yayın oxdan çıxması – bəzi dinləyicilərin narazılığına səbəb olub. Onlar bunu ədəbi normalara zidd kimi dəyərləndiriblər.

Bu ifadə sosial mediada söz-söhbətlərə yol açıb. Bəzi izləyicilər bunu poetik azadlıq kimi qiymətləndirsə də, digərləri ifadənin düzgünlüyünə şübhə ilə yanaşıb. “Bu, mənaya ziddir” deyə iddia edənlər olduğu kimi, “Yaradıcı yanaşma və poetik bir oyundur” şəklində mübafiə də səsləndirilib. pizza

Hələlik mahnının sözləri və musiqisinin müəllifi olan YAP10 (Zamiq Əliyev) bu qalmaqala dair rəsmi açıqlama verməyib.

“CAN OL” mahnısı, qalmaqallı ifadəsinə baxmayaraq, dinləyicilər tərəfindən maraqla qarşılanıb. 3 həftə öncə "YouTube" platformasına yüklənən mahnının baxışı 10 milyonu ötüb. 

Aytac Şahin

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!