“Rəqib 3:0 hesablı qələbəni haqq etdi” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Rəqib 3:0 hesablı qələbəni haqq etdi” - Qurban Qurbanov

İdman

21 Avqust 2024 09:03 337


“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Bu komandanın gücünü bilirdik. Matça pis hazırlaşmamışdıq. Sadəcə, 2-ci, 3-cü qolları buraxdıq. Hətta 4-cü qol ola bilərdi. Oyunun sonlarında demək olar ki, böyük riskə getmişdik. Futbolçularım sonadək çəkinmədi. 0:3 hesabı ilə geridə olanda da hücumda oynamağa çalışdılar". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

"Bəlkə də üçüncü qol artıq oldu. Əgər 3:0 hesabı ilə udublarsa, bunu haqq ediblər. Onları təbrik edirəm. Amma qarşıda cavab görüşü var. İtkilərimiz var və bu, problem yarada bilər. Cavab qarşılaşmasına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Yaxşı nəticə üçün sonadək meydanda vuruşacağıq. Hər şey cavab oyununa qaldı. Çalışacağıq ki, burdakı bəzi səhvləri Bakıda düzəldək”.  Pepperoni pizza

Mütəxəssis komandasının qol epizodlarınə dəyərləndirə bilməməsinin nə ilə əlaqədar olması ilə bağlı sualı belə cavablandırıb: “Komandada eyforiya olduğuna inanmıram. Çünki futbolçuları psixoloji baxımdan hazırlamışdıq. Belə eyforiya olsaydı, onlar oyundan tam qopardı. Xeyli sayda qol epizodlarımız oldu. Amma rəqibin qapıçısı, müdafiəçiləri yaxşı oyun göstərdilər. Bəzən sonda müdaxilə edirdilər. Futbolda belə hallar olur ki, çox sayda qol epizodundan istifadə edə bilmirsən. Buna görə narahat deyiləm. Əgər bu imkanları yaradırıqsa, deməli komanda düzgün oyun qura bilir. Bakıda daha rahat olacaqlar. Futbolçuların çoxu ilk dəfə Çempionlar Liqasının pley-offunda oynayırdı. Görüşün ranqı artdıqca həyəcan və məsuliyyət də çoxalır. Ola bilər ki, bu həyəcan son vuruşlarda mane olurdu. Onları qınamıram". 

Q.Qurbanov daha sonra vurğulayıb: "Oyuna müdaxilə olunası səbəb yox idi. Bir dəyişiklik etdik. Son 10 dəqiqədə tam açıq futbol getdi. Bizi əks-hücumda daha çox tutdular. Belə görüşlərdə həyəcan mane olur. Amma səbəb axtarmalı deyilik. Düzgün analiz edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!