"Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komanda idi. Buna baxmayaraq yaxşı oynadıq. Təəssüf ki, imkanları qola çevirə bilmədik. Rəqibin qapıçısı qələbə əsas pay sahibi oldu".
Yenisabah.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"sinə oyundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, penaltilər seriyası lotoreyadır: "Futbolçularda inamsızlıq var idi. Bu, məni məyus etdi. İlkin kapitandır, məsuliyyəti üzərinə götürdü. Ona heç nə demədim. Əslində penaltilər seriyasına hazırlaşmışdıq. Sadəcə, əvvəldən müəyyənləşdirdiyimiz futbolçular sonradan tərəddüd etdilər". Dördpendirli pizza
Baş məşqçinin sözlərinə görə, komandasının oyunundan razı qalıb: "Pis oynamadıq. Heç kim uduzmaq istəməz. Sadəcə, inamsızlıq rol oynadı. Mən özüm də vaxtı ilə penaltini vura bilməmişəm. Futbolda belə hallar olur".
Hüseynov Cavid İmamverdiyevinntam hazır olmadığını söyləyib: "Rəqib azlıqda qalandan sonra bizə meydanın mərkəzində belə bir oyunçu lazım idi. Ona görə onu buraxdıq. Kim güclüdürsə, o da oynayacaq".
Təcrübəli mütəxəssis rəqibin baş məşqçisinin fikirlərinin ona maraqlı olmadığını deyib: "Epizodları görməmək üçün eynək taxmaq lazım idi".
Telegram kanalımız