Rəqib danışdı: “Mütləq “Qarabağ“a qalib gəlməliyik“

saytların hazırlanması

Evə çatdırılma

Rəqib danışdı: “Mütləq “Qarabağ“a qalib gəlməliyik“

İdman

30 Sentyabr 2021 13:15 617


"Qələbədən başqa hansısa nəticə bizim üçün müsbət sayılmayacaq. "Omoniya" evdə oynayır. "Qarabağ" və "Kayrat"a evdə qalib gəlməsək, ugur qazana bilməyəcəyik".

Yenisabah.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Omoniya"nın sabiq futbolçusu Andreas Giatru Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la bugünkü oyun öncəsi deyib.

O, Ağdam təmsilçisi ilə matçın həlledici görüşlərdən biri olduğunu vurğulayıb: "Ən azı qrup ikinci olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik". Pepperoni pizza

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!