“Rəqibin güclü və zəif tərəflərini bilirik” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Rəqibin güclü və zəif tərəflərini bilirik” - Canni De Byazi

İdman

05 İyun 2021 19:16 1127


"Artıq 2 oyun oynamışıq. Sabah təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq. Çox diqqətli olmalıyıq. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışmalıyıq".

Yenisabah.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Belarusla matçdan fərqli bu dəfə bütün 90 dəqiqəni eyni səviyyədə keçirmək istədiklərini bildirib: "Amma mövsümün sonudur. Bu amil öz sözünü deyir. Belarusa qarşı ilk hissədə də yaxşı oynadıq. Sadəcə, 1-2 epizodda səhvə yol verdik ki, bu da qolla nəticələndi. Buna baxmayaraq, komandam meydanda 90+5-ci dəqiqəyədək mübarizə apardı". Dördpendirli pizza

65 yaşlı baş məşqçinin sözlərinə görə, Moldovanın Türkiyə ilə oyununu izləyib: "Yaxşı komandadır. Roberto Bordin isə əla məşqçidir. Komandasını çox yaxşı hazırlayır. Son anadaək mübarizə apardılar. Biz isə artıq inkişafdayıq. Daha az qol buraxırıq. Komanda getdikcə öz oyununu tapmağa başlayır".

De Byazi bildirib ki, bütün oyunlar çətin keçir: "Hamısına eyni ciddiliklə hazırlaşırıq. Rəqibi analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Son oyunumuzdur, bundan sonra istirahətə gedəcəyik. Yaxşı oyun göstərmək istəyirik".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!