Gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin sosial şəbəkədə paylaşdığı bir foto izləyicilərin marağına səbəb olub.
Yenisabah.az xəbər verir ki, B.Hacıyev son parlament seçkilərində eyni seçki dairəsində onun rəqibi olmuş, hazırda deputat mandatı daşıyan Nigar Arpadarainin ad-soyadını erməni işğalından azad edilən Hadrut qəsəbəsində evlərdən birinin divarına yazıb, altında gülüş işarəsi çəkib. Daha sonra həmin pozitiv fotunu “Nigar Arpadarai, min Şuşan sənin bir telinə dəyməz” təqdimatı ilə “Facebook”da paylaşıb. Foto izləyicilərin marağına səbəb olmaqla bərabər, geniş müzakirə doğurub.
Qeyd edək ki, paylaşımda adı qeyd edilən Şuşan Stepanyan Ermənistan müdafiə nazirliyinin mətbuat katibi olub. 44 günlük müharibədə Ermənistan məğlub olandan sonra o, istefa verib. Sezar pizza
Telegram kanalımız