Rəqibini dişləyən, ən çox cərimə qolu vuran və “assist kralı” olan hücumçu

saytların hazırlanması

Evə çatdırılma

Rəqibini dişləyən, ən çox cərimə qolu vuran və “assist kralı” olan hücumçu

İdman

08 Oktyabr 2024 17:10 731


Bir çoxlarına görə, futbol tarixinin ən məhsuldar hücumçusu olan Luis Suaresi mövsümün sonunda kariyerasını yekunlaşdıracaq. Bir neçə həftə öncə milli kariyerasını bitirən 37 yaşlı uruqvaylı dünya ulduzu, aktiv futbolçu fəaliyyətini bitirmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, Suares hazırda MLS klublarından “Inter Miami”də çıxış edir və komanda yoldaşı Lionel Messi ilə qurduğu tandemlə komandasını çempion etməyi bacarıb. Uruqvay tarixində milli səviyyəsində ən çox qol vuran oyunçu olan Suares əksər futbol azarkeşlərinə görə, “21-ci əsrin ən yaxşı forvardı”dır.

Onun kariyerasına nəzər salsaq, cərimə zərbəsindən ən çox fərqlənən və ən çox asist edən hücumu olduğunu görə bilərik. “Liverpul”da oynadığı dövrdə vurduğu qollarla komandasını az qala “Mançester Siti”nin önündə çempion etməyə çox yaxın olsa da, heyətin bərbad durumda olması və müdafiə xəttinin zəifliyi Suaresin arzusunu ürəyində qoydu. Daha sonra transfer olduğu “Barselona” və “Atletiko Madrid” klubunda etdikləri isə hər kəsə məlumdur.  Marqarita pizza

Suaresin digər bir məşhur vərdişi isə oyun zamanı rəqiblərini dişləməsi ilə məşhurdur. O, “Ayaks” forması geyinərkən, “PSV”nin futbolçusu Osman Bakkalı, “Liverpul” dövründə “Çelsi”nin müdafiəçisi Branislav İvanoviçi və Uruqvay millisi ilə çıxdığı oyunda İtaliyanın kapitanı Çellinini çiynindən dişləyib. Futbolçu bunu əsəbləşən zaman hirsini çıxmaq üsulu kimi qələmə verir.

Peşəkar kariyerası ərzində çıxdığı 801 oyunda 493 qol və 261 asistlə yadda qalıb. “El Pistolero” ləqəbli hücumçu Leonel Messi və Kriştiano Ronaldo rəqabətinin ən qızğın dövründə 2 dəfə Avropada mövsümün ən məhsuldar oyunçusuna verilən “Qızıl buts” mükafatını əldə etməyi bacarıb.

Keçmiş Fransa əfsanəsi Tiyeri Anrinin də dediyi kimi, “Luis Suarez tək başına bir komandadır. Nə Ronaldo Nazario, nə Zlatan İbrahimoviç, nə də mən. Ondan bir də gəlməyəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!