“Vest Hem”in yarımmüdafiəçisi Nikola Vlaşiç İngiltərə Premyer Liqasının 33-cü turunun matçında “Bernli”nin yarımmüdafiəçisi Eşli Vestvudu ciddi zədələyib.
Yenisabah.az xəbər verir ki, hadisə görüşün 23-cü dəqiqəsində, top uğrunda mübarizə zamanı baş verib. Vestvud oyunu davam etdirə bilməyib və xərəkdə meydandan kənarlaşdırılıb.
Yerə düşmə zamanı "Bernli"nin futbolçusu ayağını büküb. Vestvudun zədəsi səbəbindən matç 7 dəqiqə dayanıb. Hadisədən sonra Vlaşiç göz yaşlarını saxlaya bilməyib. pizza
Telegram kanalımız