Rəqiblə dalaşan Neymara 2 oyunluq cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Rəqiblə dalaşan Neymara 2 oyunluq cəza verildi

İdman

08 Aprel 2021 15:01 794


Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna braziliyalı hücumçunun ölkə çempionatının 31-ci turunda "Lill"lə matçda (0:1) qırmızı vərəqə alması səbəb olub. Buna görə o, 2 oyunluq cəzalanırılıb.

Qeyd edək ki, sözügedən qarşılaşmanın sonlarına az qalmış Neymar rəqib futbolçu Tiaqonun müdaxiləsi ilə yerə yıxılıb. O, bu hərəkətin cavabını rəqibini itələməklə verib. Nəticədə matçın baş hakimi hər iki oyunçuya ikinci sarı vərəqəni göstərib və meydandan kənarlaşdırıb. Neymar və Tiaqo isə  paldardəyişmə otağına gedərkən dalaşmağa cəhd ediblər. Ətrafdakı futbolçular onları ayırıblar. Baş verənlərə görə Tiaqo isə 1 oyunluq cəzalandırılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!