Rəqsanə 300 azərbaycanlı ailəyə ərzaq paylayacaq   – Dağıstanda 

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə 300 azərbaycanlı ailəyə ərzaq paylayacaq – Dağıstanda 

Şou

15 Aprel 2020 12:46 1364


Koronavirus pandemiyası ilə əlaqədar olaraq iş yerləri bağlanan azərbaycanlılara kömək edən müğənni Rəqsanə İsmayılova yardımlara davam edir. 

Yenisabah.az xəbər verir ki, ifaçı sosial şəbəkədə indi də Dağıstanda yaşayan azərbaycanlılara dəstək olacağını açıqlayıb: "Diqqət! Bilirəm ki, hal hazırda Azərbaycan - Dağıstan sərhəddində qalan həmvətənlərimiz var. Onlar ölkəyə qayıda bilmirlər və pandemiya səbəbindən çox çətin vəziyyətlə üzləşiblər. Mən və komandam yaxın günlərdə Dağıstana gedirik, növbəti yardım kampaniyamızı orda həyata keçəcək. Həftənin cümə günü günorta saat 14:00 da sərhəddə olacam və 300 dən çox ailəyə yardım göstərməyi planlayırıq". 

Qeyd edək ki, müğənni bu günə kimi komanndası ilə birgə Rusiyada yaşayan 1500-dən çox azərbaycanlı ailəyə yardım edib. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!